35 nəfərin vəfat etdiyi bildirilir
Aprelin 9-da Azərbaycanda 2206 adam COVİD-19 infeksiyasına yoluxub, 1578 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 35 nəfərin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 281 min 387 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 247 min 459 nəfər müalicə olunaraq sağalıb, 3846 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 30082 nəfərdir".
Eyni zamanda, ötən müddət ərzində 2 milyon 990 min 285 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 12692-dir".