Ramiz Həsənov ölkəyə idxal olunan benzinin daha keydiyyətli olduğunu deyir
Azərbaycanın idxal etdiyi benzin yüksək keyfiyyətlidir. Bu barədə dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib.
“İdxalçıların qarşısına tələb qoyulub ki, ölkəyə gətirilən yanacaq avro-5 standartına uyğun olsun″, – deyə o bildirib.
Onun sözlərinə görə, ölkədə istehsal edilən benzin avro-4 standartına uyğun deyil.
“Bu, Aİ-92 markalı benzindir. Səbəb budur ki, ölkədə yeni avtomobillərlə yanaşı, köhnə avtomobil parkından da istifadə edilir”, – deyə Həsənov qeyd edib.