Həyatını itirənlər arasında “Ömür” klinikasının direktoru da var
Ötən 10 gündə koronavirusdan ölən tibb əməkdaşlarının sayı 10-a yaxınlaşıb. Bu barədə Meydan TV-yə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindəki (TƏBİB) mənbə məlumat verib.
Məlumata görə, Qədirli Adına Mərkəzi Dənizçilər Xəstəxanasında uzun müddət diaqnostika şöbəsinin müdiri işləmiş İsmayıl Mirzəyev COVID-19 infeksiyasına yoluxub. Həkimin müalicə almasına baxmayaraq vəfat edib.
Eyni zamanda, Respublika Endokrinoloji Mərkəzin Zərifə adlı həkimi də COVID-19 infeksiyasından vəfat edib.
Lənkəranda 3 həkim- Cavid Yusubov, Tarverdi Abdullayev və Sədaqət Quliyeva da koronavirusa yoluxaraq vəfat edib.
Bakı şəhər 19 saylı poliklinikanın baş həkimi Əzizağa Şıxəliyev virusa yoluxaraq müalicə alıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Cəlilabad Rayon Diaqnostika Mərkəzinin həkimi Müslüm Abdıyev da virusdan ölələr arasındadır.
Virusun həyatını sonlandırdığı həkimlər arasında mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, “Ömür” klinikasının direktoru Gülnarə Məmmədova da var.