“Oğlumu polisin öldürdüyünü sübut edə bilmirəm”

Əli Hüseynov oğlu Elşən Hüseynlinin yol polisinin zərbəsi nəticəsində öldüyünü deyir. Atanın sözlərinə görə, 9 il öncə Elşən Hüseynli idarə etdiyi avtomobillə

Sulutəpə dairəsindən keçəndə yol polisi onları saxlayıb. Polis maşını saxlasa da, yerindən tərpənməyib. Bu zaman Elşən Hüseynli yol patrul xidmətinin avtomobilinə yaxınlaşıb. Hər şey bundan sonra baş verib.

30 yaşlı Elşən Hüseynli ABŞ səfirliyində dəniz piyadaları bölməsində çalışıb. Ata deyir ki, 2010-ci ildən bu yana oğlunun polis tərəfindən öldürüldüyünü sübut edə bilməyib. O, bunun üçün 523 dəfə müraciət ünvanlasa da, heç bir nəticə əldə etməyib. Ekspertizanın rəyində oğunun həyatına təhlükə olmayan zərbə olduğu yazılıb.

Polis zorakılığı hallarına həm mediada, həm də sadə vətəndaşların telefonla çəkilmiş paylaşımlarında tez-tez rast gəlmək olur.

Muxtəlif xəbər portallarında gedən xəbərlərdən Lənkəran rayon sakini, ”Namusuma toxunacaqlarından ehtiyat edib özümü 3-cü mərtəbədən atdım” deyən Yaqut Əliyeva. Göyçay rayonunda şöbəyə aparılaraq döyülən 17 yaşlı Şəmsi Zakir oğlu Həmidov. Hərbi qulluqda olarkən Yevlax rayon Polis Şöbəsində işgəncələrə məruz qalan çavuş Tahir Osmanlı kimi adları çəkmək olar. Muxtəlif bölgələrdə və paytaxtda da polislərin xüsusən də sürücülərə olan zorakılığını həvəskar çəkilişlərdə daha çox görmək mümkündür.

Ana səhifəVideo“Oğlumu polisin öldürdüyünü sübut edə bilmirəm”