Azərbaycanda şagirdlərin sayı artıb, məktəblərin sayı azalıb. Araşdırmaçılar məktəb sayının azalmasını şagirdlərin təhsildən yayınmalarda görür: “Qadınlarda 27 faiz, kişilərdə isə 16 faiz təhsildən yayınma göstəricisi var. İşin daha pis tərəfi bu faizlərin 10-15 il yox, cəmi 4 illik dövrü əhatə etməsidir. Oğlan uşaqları məcburi əməyə cəlb edilir, qızlar isə erkən nikaha. Son 20 il ərzində regionların iqtisadi inkişafı ilə bağlı ən azı 4 dövlət proqramı qəbul edilib. Bu proqramların isə heç bir müsbət nəticəsi isə yoxdur. Regionların iqtisadi inkişafı baş verməyib. Elə bu da təhsildən yayınmalara gətirib çıxarıb”