Obamadan Azərbaycan hakimiyyəti barədə sərt sözlər


ABŞ prezidenti QHT-lərə amansız basqıları dilə gətirdi

ABŞ prezidenti Barak Obama Azərbaycan da daxil olmaqla dünyanın müxətlif ölkələrində vətəndaş cəmiyyəti institutlarına təzyqiləri pisləyib.

“Rusiyadan Çinə, Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət sayırlar. Azərbaycan

kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”- deyə prezident B.Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib.

Ağ Evin veb-səhifəsində B.Obama sivil cəmiyyətin inkişafına aid çıxışında avtoritar cəmiyyətlərdə müxalif fikirli insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. O, bu təzyiqlərlə rejimlərin cəmiyyətin inkişafının qarşısını aldığnı, onları azadlıqdan məhrum etdiyini, insanların rifahına əngəl olduqlarını vurğulayıb.

Hakimiyyəti atası Heydər Əliyevdən miras almış İlham Əliyev iqtidarı dönəmində Azərbaycanda insan haqlarının durumu pisləşib.

Həbs edilən sivil cəmiyyət fəallarını dərhal azadlığa buraxmağa səsləyən prezident B.Obama sivil cəmiyyətə basqıları demokratiyaya hücum adlandırıb.  “Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var”- deyə ABŞ prezidenti bəyan edib.

İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu xatıraladan B.Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibət saxlaya biləcəkləri mövqeyi ifadə edib.

“O ölkələr ki, insan haqlarına, təşkilatlanma azadlıqlarına hörmət edirlər, məhz  onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüfi

deyil. Eyni zamanda bu haqların tapdandığı ölkələrdəki cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır, bu isə sonda qeyri-sabitliyə və ya ekstremizmə gətirib çıxara bilər. İnanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir”-deyə ABŞ prezidenti bəyan edib.

Son aylar Azərbaycanda sivil cəmiyyətə basqılar vüsət alıb. Həbs olunanlar sırasında görkəmli hüquq müdafiəçiləri Leyla və Arif Yunus, habelə sivil cəmiyyət fəalları Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və 10-larla başqaları yer alıb.  Beynəlxalq hüquq təşklilatları və Avropa qurumları İlham Əliyev hökumətini qondarma ittihamlarla həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb.  Azərbaycan hökuməti bu çağırışlara məhəl qoymur. Mötəbər Freedom House təşkilatının prezidenti David Kramer Azərbaycanda vüsət alan basqıları “ölkə müstəqillik qazanandan bəri ən şiddətli basqılar” kimi qiymətləndirib.

Azərbaycanda sivil cəmiyyət fəalları və müxalifət üzvləri əksər hallarda narkotika, silah gəzdirmək, xuliqanlıq, vergidən yayınma və siyasətə dəxli olmayan müxtəlif ittihamlarla həbs edilirlər (Turan İA).

Ana səhifəVideoObamadan Azərbaycan hakimiyyəti barədə sərt sözlər