Nurlana Əliyeva

Mənbə: APA

Başlıq: Nurlana Əliyeva

Nurlana Əliyeva vəzifəsindən uzaqlaşdırıldı

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva uzun illər hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri olub. YAP-ın bu il, matın 5-də keçirdiyi qurultayda Nurlana Əliyeva partiyanın yeni formalaşan idarə heyətindən kənarda qalıb. Bundan sonra müxtəlif media orqanları onun “vurulması” haqqında yazıb.

Nurlana Əliyeva deputat olduğu zamanlarda tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn Hadı Rəcəbli ilə qudadır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/meagb6

Ən çox baxılan