Novruz Məmmədov Böyük Britaniya səfirinin açıqlamasından təəssüflənib

“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər”

Source:


“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər”

“Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb”.


APA

-nın məlumatına görə, bunu Azərbaycan

Prezident Administrasiyası

 rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri

Novruz Məmmədov

 özünün “

Twitter

” səhifəsində yazıb.

“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”, – deyə N. Məmmədov qeyd edib.

Ana səhifəXəbərlərNovruz Məmmədov Böyük Britaniya səfirinin açıqlamasından təəssüflənib