Nobelçi Şirin Ebadi Xədicə İsmayılı müdafiə etdi: Cəsarətinizə heyranam

“Ədalətsizlikdən danışarkən həyatınızı və azadlığınızı təhlükəyə atmaqdan qorxmadınız”

Source:


“Ədalətsizlikdən danışarkən həyatınızı və azadlığınızı təhlükəyə atmaqdan qorxmadınız”

Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıla dəstəyini bildirib. O, Xədicənin apardığı mübarizənin nə vaxtsa bəhrə verəcəyini bildirib. Xanım Ebadinin yazdıqlarını Facebook sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi və jurnalist, hazırda Norveçdə yaşayan İlqar Nəsibov paylaşıb.

Şirin Ebadi bildirib:

“Əziz dostum Xədicə İsmayıl,

Mən Bergen şəhərindəyəm. Bu şəhərin adı insan haqları və söz azadlığını yada salır. Bu günlər burada islam ölkələrində qadın hüquqlarına dair seminar keçirilir, müxtəlif ölkələrdən iştirakçılar var. Dostum və sizin sevimli həmkarınız Məlahət (jurnalist Məlahət Nəsibovan) da buradadır. Köhnə dostumu burada görməkdən çox məmnunam. Bir müddət əvvəl aldığım email vasitəsilə Azərbaycanda üzləşdiyiniz çətinliklər barədə eşitdim, həbsinizə etiraz etdim. Bu səfər zamanı Məlahət mənə fəaliyyətinizin təfərrüatları, söz azadlığı olmadığı üçün 10 jurnalist və bloqqerin həbsi barədə danışdı.

Əziz dostum:

Söz azadlığı demokratiyaya doğru ilk addımdır. Bir ölkə özünü necə demokratik adlandıra və hələ də jurnalistləri həbs edə bilər? Norveç kimi ölkədə sosial ədalətsizlik barədə danışmaq, korrupsiya ilə, şəffaf seçkilər uğrunda mübarizə, ayrı-seçkiliyin istənilən formasına işıq salmaq çox asandır. Ancaq bəzi ölkələrdə bu məsələlərdən danışan şəxsin həyatı və ya azadlığına təhlükə yarana bilər.

Cəsarətinizə heyranam. Ədalətsizlikdən danışarkən həyatınızı və azadlığınızı təhlükəyə atmaqdan qorxmadınız. Əmin olun ki, bu gün əkdiyiniz toxum sabah böyük bir ağaca çevriləcək. Başlatdığınız yolu həmkarlarınız davam etdirəcək. Sizi azad görəcəyim günü səbirsizliklə gözləyirəm”.



Xədicə İsmayıl dekabrın 5-də Tural Mustafayevi intihar həddinə çatdırmaq ittihamıyla həbs olunub. T.Mustafayev sonradan ittihamını geri götürsə də, Xədicə İsmayıla qarşı yeni ittihamlar elan olunub. Jurnalist vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olunub.



X.İsmayıl ittihamları rədd edir. O, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.


Şirin Ebadi 1947-ci ildə

İranın Həmədan şəhərində

doğulub. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən olub.


Şirin Ebadi

Nobel Sülh Mükafatın

ı

2003

-cü ildə alıb. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib.

Ana səhifəXəbərlərNobelçi Şirin Ebadi Xədicə İsmayılı müdafiə etdi: Cəsarətinizə heyranam