Nobel sülh mükafatı Yaponiyanın antinüvə təşkilatına verildi

Nobel mükafatı. Foto: nobel.org

Təşkilatı Xirosima və Naqasakidə sağ qalan insanlar yaradıb

“Nobel” sülh mükafatı Yaponiyanın nüvə silahlarına qadağanın tərəfdarları tərəfindən təsis edilmiş “Nihon Hidankyo” (“Hibakusha” adı ilə tanınır) təşkilatına verilib.

Mükafat “nüvə silahlarından azad dünya qurmaq səylərinə görə” verilib.

Təşkilat 1945-ci ildə Xirosima və Naqasakidə nüvə partlayışlarından sağ çıxan insanlar tərəfindən yaradılıb.

Bu il Nobel Komitəsinə bu mükafata 89-u təşkilat olmaqla ümumilikdə 286 namizəd irəli sürülüb.

Foto: “nobelprize.org”

Namizədlər arasında Ukraynanın Prezidenti Volodimir Zelenski, BMT-nin Fələstin Qaçqınlar Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş, Roma Papası Fransisk də var.

Builki “Nobel həftəsi” oktyabrın 7-də başlayıb.

Fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat üzrə “Nobel” mükafatı laureatlarının adları məlum olub.

Oktyabrın 14-də Alfred Nobelin xatirəsinə İqtisadiyyat üzrə “Nobel” mükafatının laureatı elan olunacaq (1968-ci ildə İsveç Bankı tərəfindən təsis edilib).

Mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholm və Osloda keçiriləcək.

Nobel mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.

Mükafat qızıl medal və puldan ibarətdir.

Ana səhifəSosialNobel sülh mükafatı Yaponiyanın antinüvə təşkilatına verildi