Nikol Paşinyan: “Ermənistanda demokratiya üçün bütün mümkün təhdidlər xaricdəndir”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazirin sözlərinə görə, Ukrayna hadisələri fonunda Ermənistanın manevr imkanları daralır

Mayın 31-də Yerevanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda Baş nazir Nikol Paşinyan ölkəsinə yönəlik təhlükələrdən danışıb.

O bildirib ki, Ukrayna hadisələri fonunda Ermənistanın manevr meydanı getdikcə daralır.

Paşinyan vurğulayıb ki, Ermənistan beynəlxalq platformalarda keçirilən müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb:

Əvvəl bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnuniyyətlə qarşılandı, lakin indi hər şey dəyişir“.

Baş nazir demokratiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri ilə münasibətlər kontekstində bildirib ki, təşkilatın sentyabr hadisələrinə münasibəti “sıfır” səviyyəsində olub:

“Sonra da məlum oldu ki, Ermənistanda bəzi yüksək rütbəli hərbçilər bunun qarşısını almaq üçün heç bir tədbir görməyiblər”.

“Əgər hərəkətlərimiz birxətli şəkildə olsaydı, o zaman 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur”, – o əlavə edib.

Paşinyan 5 il əvvələ qayıdaraq 2018-ci il hadisələrindən danışıb:

2018-ci ildə qeyri-zorakı, məxməri xalq inqilabı baş verəndə və biz demokratiyanın Ermənistanın əsas brendi olduğunu bəyan edəndə, çoxu buna şübhə ilə yanaşırdı. Deyirdilər ki, post-inqilabdan sonrakı eyforiya şəraitində hökumətə heç bir ehtiyac olmayacaq. Amma Ermənistanda Demokratiya Forumunun ilk dəfə 2019-cu ildə yox, 2022-ci ildə keçirilməsi artıq öz sözünü deyir”.

2018-ci ildə növbədənkənar seçki azadlığından danışanda bu, şübhəsiz ki, sual altında idi: başqa şərtlərdə seçkilər necə olacaq? Təəssüflər olsun ki, çox fərqli şərtlər formalaşıb və biz qeyd etmişik ki, başqa şəraitdə də seçkilər heç də az demokratik və azad deyil və bu, beynəlxalq ictimaiyyətin verdiyi qiymətdir. Bu o demək deyil ki, bu seçkilər qüsursuz keçdi, çünki siyasi atmosfer və siyasi mədəniyyət hələ həllini tapmayan məsələdir”, – deyə o bildirib.

Nikol Paşinyan demokratiyanı Ermənistanın əsas brendi adlandırıb:

Nəticədə çox ciddi institusional islahatlar hələ də davam edir ki, bu da insan hüquqlarının müdafiəsini nəzərdə tutmalıdır. Bu gün əldə etdiyimiz yüksək iqtisadi artım həm də iqtisadi azadlıqların nəticəsidir. Əgər iqtisadiyyat dövlət tərəfindən idarə olunsa və nəzarət edilsəydi, o zaman düşünürəm ki, xüsusən də müharibədən sonrakı dövrdə bizdə çox ciddi və dərin problemlər yaşanardı”.

O bəyan edib ki, Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur.

Ermənistanda demokratiya üçün bütün mümkün təhdidlər xaricdəndir və bu təhlükələr hamıya məlumdur və görünür”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

Ana səhifəDünyaNikol Paşinyan: “Ermənistanda demokratiya üçün bütün mümkün təhdidlər xaricdəndir”