NİDA-çıların etap olunduğu maşına bibər qazı atıldı

Nəticədə İlkin Rüstəmzadənin gözü zədələnib, Zaur Qurbanlının səhhəti pisləşib

Source:


Nəticədə İlkin Rüstəmzadənin gözü zədələnib, Zaur Qurbanlının səhhəti pisləşib

Aprelin 1-də NİDA-çılar məhkəmə prosesindən sonra Kürdəxanı təcridxanasına aparılarkən maşında təxribatla üzləşiblər. Bu barədə Meydan TV-yə vəkil Xalid Bağırov məlumat verib.

Onun sözlərinə görə, maşına artıq adam doldurub, amma hərəkətə gətirməyiblər. İçəridə havasızlıq yarandığından Zaur Qurbanlının səhhəti pisləşib. Bundan sonra məhbuslar maşının qapısını döyəcləyiblər. Buna cavab olaraq nəzarətçilər içəri bibər qazı sıxıblar. Nəticədə İlkin Rüstəmzadə gözündən zədələnib, Zaur Qurbanlının isə vəziyyət daha da ağırlaşıb.

Hadisə vəziyyəti daha da gərginləşdirib və etirazı gücləndirib.

“Bundan sonra nəzarətçilərə rəhbərlik edən zabit məhbuslardan üzr istəyib və bunun təxribat olduğunu, məsələni araşdıracağını deyib” – deyə vəkil vurğulayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Meydan TV-yə hadisədən xəbərsiz olduqlarını və məsələni araşdırdıqdan sonra mətbuata məlumat verəcəklərini bildirib.

Ana səhifəXəbərlərNİDA-çıların etap olunduğu maşına bibər qazı atıldı