NİDA-çılar vəkillərindən imtina etdi

Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvləri Rəşad Həsənov və Üzeyir Məmmədli də vəkilləri Elçin Sadıqovun müdafiəsindən imtina ediblər.

Source:

Bu barədə Nida Vətəndaş Hərəkatının rəsmi səhifəsində məlumat verilib:”Rəşadət Axundovdan sonra digər Nidaçı vicdan məhbusları Rəşad Həsənov və Üzeyir Məmmədli də vəkil Elçin Sadıqova indiyə qədər gördüyü işə görə təşəkkür edib, bundan sonra onun xidmətindən imtina etdiklərini bildiriblər” -deyə, təşkilatın səhifəsində bildirilir.

Vəkil Elçin Sadıqov hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun hazırladığı siyasi məhbus siyahısını imzalamaqdan imtina edib. O, həmçinin müsahibə verərək, həmişə İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan edib. Müdafiə etdiyi Rəşad Həsənov və Üzeyir Məmmədlinin də adı həmin siyasi məhbus siyahısındadır.

Ana səhifəXəbərlərNİDA-çılar vəkillərindən imtina etdi