Nicat Əmiraslanovdan hələ də xəbər yoxdur

Foto: Nicat Əmiraslanovun şəxsi arxivindən

İctimai fəalın yerini müəyyənləşdirmək mümkün olmayıb

İyunun 15-də səhər saatlarından “yoxa çıxan” ictimai fəal Nicat Əmiraslanovun harada olması hələ məlum deyil.

Ombudsman Aparatının çağrı mərkəzindən vəkil Zibeydə Sadıqovaya deyilib ki, ictimai fəal nə Bakı Şəhər Baş Polis İdarəsində, nə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.
Nicat Əmiraslanovun anası Meydan TV-yə deyib ki, oğlunun axtarışı ilə bağlı polisə müraciət edib, ancaq hələ məlumat yoxdur.

Yaxınlarının sözlərinə görə, qohumlarının toyuna getməyə hazırlaşan ictimai fəal anasına “5 dəqiqəyə gəlirəm” deyərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Ondan sonra Nicat Əmiraslanovdan xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən onlarda bu barədə məlumat olmadığını deyirlər.

Ana səhifəSiyasətNicat Əmiraslanovdan hələ də xəbər yoxdur