Nicat Əmiraslanov “yoxa çıxıb”

Foto: Nicat Əmiraslanovun şəxsi arxivindən

Ailəsi saatlardır onu axtarır

İctimai fəal Nicat Əmiraslanov iyunun 15-i səhər saatlarından etibarən “yoxa çıxıb”.

Yaxınlarının sözlərinə görə, qohumlarının toyuna getməyə hazırlaşan ictimai fəal anasına “5 dəqiqəyə gəlirəm” deyərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Ondan sonra Nicat Əmiraslanovdan xəbər almaq mümkün olmayıb. Ailəsi saatlardır ictimai fəalı axtarır.
Onun saxlanıldığı güman edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bu haqda onlarda məlumat olmadığı bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən də eyni cavab verilib, məsələni araşdıracaqları deyilib.

Ana səhifəSiyasətNicat Əmiraslanov “yoxa çıxıb”