Milli Şura

Mənbə: Foto: arxiv

Başlıq: Milli Şura

“Nəticələr seçkini ləğv etməyə yetərli sayıla bilər”

Milli Şura parlament seçkiləri ilə bağlı bəyanat yaydı

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 9 fevral növbədənkənar parlament seçkilərinin "kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində" keçdiyi haqqında bəyanat yayıb. DQMŞ hesab edir ki, yayılan məlumat və çəkilişlər artıq seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər: Növbədənkənar parlament seçkisi hələ təyin edilərkən, onun legitimliyi bir sıra səbəblərdən şübhə altına düşüb. Bu seçkinin hansı zərurətdən irəli gəldiyi, nəyə görə vacib olduğu haqda cəmiyyətə ağlabatan hər hansı izahat verilməyib, onun təyin olunmasından qabaq bu istiqamətdə ictimai müzakirələr aparılmayıb.

DQMŞ həmçin seçkilərdə iştirakın 50%-ə qədər şişirdildiyini bildirir: "İlkin rəsmi məlumatlarda seçici fəallığı 50%-ə yaxın göstərilsə də, müstəqil mənbələrdən alınan xəbərlər deməyə əsas verir ki, bu göstərici 10-15% civarında olub. Seçki kampaniyası dövründə də nəzərə çarpan seçici fəallığı olmayıb. Xalqın böyük əksəriyyəti seçkini əvvəldən boykot edib. Müstəqil müşahidəçilərin verdiyi məlumatlar göstərir ki, iştirak 10-15% təşkil edib". Bəyanatda vurğulanır ki, yeni parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz:

"Azərbaycan xalqı seçmək və hakimiyyətin mənbəyi olmaq kimi fundamental, konstitusion hüququndan məhrum edilib. Bu hüququ özünə qaytarmaq üçün o, dinc, kütləvi və ardıcıl mübarizə aparmağı bacarmalı, daha yaxşı təşkilatlanmağa, demokratiya uğrunda mübarizəni güzəştsiz təşkil edə bilən siyasi qüvvə ətrafında təmərküzləşməyə çalışmalıdır", deyə bəyanatda qeyd edilir.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Milli Şura və KXCP 9 fevral növbədənkənar parlament seçkilərini boykot etdi. AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatıldılar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xjdhjl

Ən çox baxılan