“Netflix”in Paris və Amsterdamdakı ofislərinə polis basqını olub

Netflix. Foto: Reuters

Qurumun vergidən yayındığı iddia edilir

“Netflix”in Paris və Amsterdamdakı ofislərinə vergi yayınmaları ilə əlaqədar araşdırma çərçivəsində polis basqını olduğu bildirilir.

Məlumata görə, basqın Fransa və Niderland hakimiyyəti tərəfindən edilib.

İki ölkə rəsmilərinin 2022-ci ilin noyabrından, istintaq açılandan bəri iş üzrə əməkdaşlıq etdiyi deyilir.

“Netflix” hələ ki, reydlərlə bağlı heç bir konkret şərh verməyib, lakin fəaliyyət göstərdiyi yerdə vergi qanunlarına uyğun olduğunu israr edir.

Amsterdam ofisi şirkətin Avropa, Yaxın Şərq və Afrikadakı əməliyyatlarının baş qərargahıdır.
Fransada təhqiqatı Milli Maliyyə Prokurorluğu aparır.

Milli Maliyyə Prokurorluğu “Netflix”in 2019, 2020 və 2021-ci illər üçün vergi bəyannamələri ilə bağlı araşdırma apardığını bildirib.

Prokurorluğun məlumatında deyilir ki, ortada ciddi vergidən yayınma faktları var.

“Netflix”in bu illər ərzində gəlirlərini qəsdən minimuma endirdiyi qeyd olunur.

“Netflix” 1997-ci ildə yaradılıb.

Platforma 2013-cü ildən cizgi, bədii və sənədli film, serial, həmçinin televiziya proqramlarının istehsalı ilə məşğuldur.

Baş ofisi Kaliforniyanın Los Qatos şəhərində yerləşir.

Ana səhifəXəbərlər“Netflix”in Paris və Amsterdamdakı ofislərinə polis basqını olub