Nəqliyyat Nazirliyinə ünvanlanan sualları heç kim cavablandırmır

Mətbuat xidmətinin rəhbəri işə çıxmayanda onu əvəzləyən olmur

Source:

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov təxminən bir aya yaxındır ki, işə çıxmır. Meydan Tv bu müddət ərzində dəfələrlə müxtəlif mövzular üçün nazirliyə müraciət etsə də,  “Namiq müəllim şəkər xəstəliyinə görə müalicə olunur, işdə deyil” – cavabını alır.

Bəs mətbuat xidmətinin rəhbəri işdə olmazsa, təcili cavab tapmalı olan suallar kimə ünvanlanmalıdır? Nazirliyin adını açıqlamaq istəməyən xanım əməkdaşının sözlərinə görə, bu səlahiyyət heç kimə verilməyib. Mətbuat xidməti rəhbərinin işdə olmadığı müddətdə medianın nazirliyə ünvanladığı sualları heç kim cavablandıra bilməz.  Namiq Həsənovun isə iyulun 21-dən sonra işə çıxa biləcəyi ehtimal olunur.

Ana səhifəXəbərlərNəqliyyat Nazirliyinə ünvanlanan sualları heç kim cavablandırmır