Neftçilər arasında kütləvi koronavirusa yoluxma halının olduğu deyilir

Sözügedən özüldə “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsindən və bir neçə nəfər də köməkçi MMC-lərdən olanlar var.

Source: google.az


Mirvari Qəhrəmanlı: “Neftçilər təşviş içərisindədirlər”

Dövlət Neft Şirkətinin dənizdə işləyən əməkdaşları arasında COVID-19 infesiyasına kütləvi yoluxmaların qeydə alındığı bildirilir. Adlarının açıqlanmasını istəməyən bir qrup neftçi Meydan TV-yə deyib ki, yüksək hərarəti olanlar belə xəstəxanaya yerləşdirilmirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlərin daxil olduğunu söyləyib.

“Neftçilər yazırlar ki, oktyabrın 24-də evdən çıxıblar, 31-i dənizə, yəni Qərbi Abşeron yatağı 54 saylı özüldəki işlərinə gəliblər. Dekabrın 2-də buruğa qurudan 10 nəfərdən artıq yeni işçilər gəlib. Gələnlərdən birində COVID-19 infeksiyası aşkarlanıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Növbəti günlərdə daha 12 nəfərin hərarəti yüksəlib, onlar da evakuasiya ediliblər”,- Qəhrəmanlı bildirib.

Neftçilər deyir ki, dekabrın 2-dən 20-nə kimi demək olar ki, hər gün iki nəfərin hərarəti yüksəlib və onları da evakuasiya edilib. Hazırda buruqda 30 nəfərdən çox işçi var və onlar 60 günə yaxındır ki, dənizdədirlər.

“Bizə müraciət edən neftçilər də bildiriblər ki, onlar yoluxma riski daşıyırlar, hər gün birində hərarətin yüksəlməsi müşahidə edilir, əksəriyyəti öskürür. Lakin işçiləri kütləvi şəkildə evakuasiya etmirlər. Neftçilər təşviş içərisindədirlər. Çünki hamı eyni qablardan qidalanır”, – Mirvari Qəhrəmanlı deyib.

38566
Mirvari Qəhrəmanlı

Sözügedən özüldə “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsindən və bir neçə nəfər də köməkçi MMC-lərdən olanlar var. SOCAR-dan isə bildiriblər ki, narahatlığa əsas yoxdur, neftçilərin sağlamlığına nəzarət edilir:

“Dənizdə çalışan neftçilər işdən sonra karantində saxlanılırlar”.

Amma neftçilər iddia edirlər ki, onlar karantində qalmayan, kənardan gələnlərdən yoluxurlar.

Ana səhifəSosialNeftçilər arasında kütləvi koronavirusa yoluxma halının olduğu deyilir