Neftçala və İsmayıllı rayonlarına yeni icra başçıları təyin olundular

Nahid Bağırov bundan əvvəl Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin rəhbəri vəzifəsini tuturdu.

Source: Specify Source


Gənclər təşkilatının sədri və Turizm Assosiasiyasının rəhbəri rayonları idarə edəcəklər

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov tutduğu vəzifədən azad edilib.

1950-ci il doğumlu Mirdamət Sadıqov 2013-cü ildə İsmayıllı rayonunda baş vermiş iğtişaşlardan sonra rayonun icra başçısı vəzifəsinə təyin edilmişdi.

Prezidentin sərəncamı ilə onu bu vəzifədə Nahid Rza oğlu Bağırov əvəz edib.

Nahid Bağırov bundan əvvəl Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin rəhbəri vəzifəsini tuturdu. 2019-cu il iyunun 3-də o, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 1989-cu ildə anadan olan Mirhəsən Seyidov 2014-cü il 27 iyun tarixindən “İrəli” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində İctimai TV (Azərbaycan) Yayım Şurasının 6 il müddətinə üzvü seçilib. 2017-ci il 4 mart tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Neftçala rayonun bundan əvvəlki icra başçısı

İsmayıl Vəliyev

2020-ci il fevralın 20-də 10 il ərzində tutduğu vəzifədən prezidentin sərəncamı ilə azad edilib. Dövlət Təhlükəsizlik Xidmətinin rayonda keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyev və rayonun bir sıra vəzifəli şəxsləri həbs ediliblər. Onlar külli miqdarda korrupsiyada ittiham olunurlar.

Ana səhifəSiyasətNeftçala və İsmayıllı rayonlarına yeni icra başçıları təyin olundular