Neft platformasında partlayış olub

Yaralanan, itkin düşənlər var

Source:


Yaralanan, itkin düşənlər var

“Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına NQÇİ-nin (NQÇİ) 441 saylı meydançasında partlayış olub. Yanğını ARDNŞ-ın şirkəti söndürüb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı öz facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata neft quyuları olan meydançada partlayışın baş verməsi ilə bağlı məlumat daxil olub.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən virtualaz.org saytına faktı təsdiqləyiblər. ARDNŞ-dan bildiriblər ki, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması yanğına səbəb olub: “Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcək”.

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun sözlərinə görə, dənizdən çıxarılaraq xilas olunmuş 10 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar hazırda şəhərdəki xəstəxanalara gətirilir.

M.Həmidov bildirib ki, onlara verilən məlumata görə, dənizə düşmüş daha 7 neftçinin axtarışları hələ davam etdirilir.

Mirvari Qəhrəmanlının yaydığı son məlumata görə, 2 nəfər itkin düşüb: “Bu, “Neftqaztikinti” trestindən olan məlumatdı. Orada başqa təşkilatlardan da olub. Bir nəfər ekskovatorun sürücüsü olub, amma o, xilas edilib. Başqa bir məlumat da var ki, xəsarət almış işçilərin arasında “Neft Daşları” NQÇİ-nin rəisi Qoçəli Mahmudovun oğlu da var. Onun əli sınıb”.

Ana səhifəXəbərlərNeft platformasında partlayış olub