Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev mayın 14-də vəzifəsindən azad edilib.
Bu barədə muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Yeni Baş nazirin təyinatı barədə məlumat yoxdur.
20 ildir Baş nazir vəzifəsində çalışan Əlövsət Baxşıyev 1956-cı ildə Naxçıvan Muxtar Respublikasında doğulub. O, 1990-1995, 1995-2000-ci illərdə iki çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülüb, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.