Natiq Cəfərli: Neftin qiyməti artanda hökumətin ritorikasında “islahat” sözü azalır

“Bu fürsəti hökumət 2 dəfə qaçırdıb, indi 3-cü fürsətdir – bu da qaçsa, ölkə üçün daha ağır durum yaranacaq”.

Foto: arxiv


"Devalvasiya riski azalıb"

“Hələlik devalvasiya riski azalıb, çünki dünya bazarında neftin və qazın qiyməti bahalaşıb”.

İqtisadçı Natiq Cəfərli belə deyir.

Onun sözlərinə görə, ümumiyyətlə dünya bazarında karbohidrogen resurslarının, neftin qiyməti artanda Azərbaycan hökumətinin ritorikasında "islahat" sözü azalır: “Neft-qaz ucuzlaşanda, heç olmasa, sözdə də olsa, hökumət "islahat" deyirdi. Qiymət artan kimi hər şey yaddan çıxır”.

İqtisadçı düşünür ki, son aylar siyasi-iqtisadi və kadr sahəsində olan durğunluq da elə bu amillə bağlıdır.

Hazırda dünya bazarlarında qazın hər 1000 m3-nin orta qiyməti 357 dollar, neftin hər barelinin qiyməti isə 70-72 dollara çatıb. Bu, Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün yaxşı xəbərdir. Ölkəyə valyuta daxilolmalarının artması, devalvalsiya riskinin uzaqda olması deməkdir.

Natiq Cəfərli isə bildirir ki, hökumət unutmamalıdır neftin, qazın qiymətləri "yelləncək" prinsipi ilə formalaşır: "Yuxarıya doğru olan dəyişiklikdən sonra mütləq aşağıya doğru hərəkətə keçir. Yəni müvəqqəti artan qiymətlər əsl islahatlar aparmaq üçün zəmin yaradır. Bu fürsəti hökumət 2 dəfə qaçırdıb, indi 3-cü fürsətdir – bu da qaçsa, ölkə üçün daha ağır durum yaranacaq”.


"Qərb özünü də, dünyanı da aldatmasın”

İqtisadçı hesab edir ki, yüksək neft-qaz qiymətləri Rusiyaya qarşı Qərbin bütün sanksiyalarını mənasız, lazımsız və effektsiz edir. Avropa guya Rusiyaya sanksiya qoyub, amma bu ilin 1-ci rübündə AB ölkələri Rusiyadan keçən ilin eyni dövrünə görə 46 faiz daha çox qaz alıblar: “Keçən ilə görə qiymət də qalxıb, sırf Avropaya satdığı qazdan Rusiya 1-ci kvartal 14 mlrd. dollara yaxın təmiz gəlir götürüb. Rusiya Urals markalı neftinin 65 faizinə yaxını Avropa və ABŞ-a satılır. Bu ilin ilk rübündə Rusiya ABŞ-a ən çox neft ixrac edən 2-ci ölkə olub”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı deyir ki, neft gəlirləri qazdan fərqli olaraq müxtəlif yollarla büdcəyə daxil olur. Qaz isə tam dövlətə məxsusdur, çünki nefti əsasən, özəl şirkətlər çıxarıb satır və müxtəlif formada büdcəyə ödənişlər edirlər: “Bu ilin ilk rübündə neftən gələn gəlir qazdan daxilolmalardan 2 dəfə çox olub. Yəni bu artan qiymətlə və böyük həcmdə neft-qaz satan Rusiyaya sakskiyaların heç bir təsiri yoxdur – Qərb özünü də, dünyanı da aldatmasın”.

Dünya Bankı və Beynəlxalq Energetika Agentliyinin hesabatlarında (https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/tebii-resurs-olkeleri-ucun-heyecan-tebili/?ref=list-news) açıq göstərilir ki, 2021-ci ildə əsas neft istehsalçıları arasında istehsal azalacaq və neftə olan tələbat bir də heç vaxt 2019-cu ilin pik həddini aşmayacaq, bundan sonra hər il azalacaq. Nəticədə 2030-cu ilədək neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.

Elə maliyyə naziri Samir Şərifov da iyunun 8-də Milli Məclisin plenar iclasında

bildirmişdi

ki, dünya energetikasında inqilabi dəyişikliklər baş verir. Bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır: “Ölkə iqtisadiyyatı buna hazır olmalıdır”.

Ana səhifəİqtisadiyyatNatiq Cəfərli: Neftin qiyməti artanda hökumətin ritorikasında “islahat” sözü azalır