“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Nurlan Libre və Natiq Cavadlı həbslərindən az əvvəl Azərbaycanın siyasi tarixi ilə bağlı geniş müzakirə aparıblar.
Müsahibəni jurnalist Nurlan Libre alıb. Natiq Cavadlı isə 30 ildən artıq jurnalist təcrübəsi və tarixi bilikləri ilə Azərbaycanın müstəqillik illərindəki siyasi hadisələrə işıq salır.