“Bu, məşhur şəxsiyyətdir. Hazırda o, bank təsisçilərindən biridir”
RF Narkotik dövriyyəsinə nəzarət Federal Xidmətinin Moskva İdarəsinin rəisi Vasili Yurçenko Moskva yaxınlığında 47 yaşlı İlqar Nazim oğlu İmanovun evində 174 kq heroin götürüldüyünü bildirib.
Yurçenkonun versiyasına görə, İmanov “Parni iz Baku” ŞHK komandasının üzvüdür.
“Bu, məşhur şəxsiyyətdir. Hazırda o, bank təsisçilərindən biridir, bundan başqa, qida məhsullarının yayılması üzrə QHT onun hesab edilir. İndi nə isə iddia etmək çətindir, o, ən az iki ildir evini mühafizə edən işçilər tutub”, deyə Yurçenko Moskvada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İmanovun evi 17 sot ərazidə üçmərtəbəli şəxsi evdir. Heroin evin yanındakı ikimərtəbəli mühafizəçi evindən götürülüb.
“Biz bu gün onu sorğuya dəvət etmişik. Azərbaycanlı qrup “Bakılı oğlanlar” idi. Yalnız bir şey deyə bilərəm: 2014-cü il oktyabrın 18-də bu vətənaş 100 min dollar dəyəri olan yeni Audi Q7 avtomobili alıb”, – deyə Yurçenko əlavə edib.
Bir müddət əvvəl NNFX direktoru Viktor İvanov cüməyə keçən gecə İmanovun mülkündə 500 milyon dollar dəyərində 174 kq heroin götürüldüyünü bildirib.
Mülkü iki tacikistanlı mühafizə edirdi. Onlardan biri güclü narkotik sərxoşluq vəziyyətində idi. Ümumilikdə, qrupun rəhbəri də daxil olmaqla, 6 nəfər həbs edilib. İvanovun sözlərinə görə, o, kriminal dairələrdə kifayət qədər məşhur şəxsdir. Heroin Rusiyaya Orta Asiyadan furqonla gətirilib və banan qutularında gizlədilib.
“Parni iz Baku” komandası İlqar İmanovun komandanın üzvü olduğu haqqında məlumatı inkar edib.