Namizədin vəkili səssayma prosesi zamanı vəfat edib

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir”, – məlumatda deyilir.

Source: google.az


“Sübhan Hacıyev vəkili olduğu Mövsüm Aslanova səs az çıxdığı üçün təəccüblənib və özündən gedib”

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyev 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində vəfat edib.

Məlumatı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin sədri Abbas Zalov “

BBC News Azərbaycanca

”ya təsdiqləyib. Onun sözlərinə görə, Sübhan Hacıyev vəkili olduğu Mövsüm Aslanova səs "az çıxdığı üçün təəccüblənib" və "özündən gedib":

"Onlar neçə gündür ki, burda təbliğat aparırlar, səslər sayılan zaman Mövsüm Aslanova o məntəqədə 18 səs çıxıb, Sübhan Hacıyev də bundan təəccüblənib, özündən gedib. Həkim çağırdılar, amma vəfat etmişdi".

Mövsüm Aslanovun yaxınları “BBC News Azərbaycanca”ya bildiriblər ki, seçki məntəqəsinin əməkdaşları ilə "mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib".

Meydan TV-yə məlumat verən müşahidəçilərin sözlərinə görəsə, Sübhan Hacıyev səslərin sayılması zamanı YAP-ın namizədi Elşad Mirbəşirin xeyrinə saxtalaşdırma edilməsinə etiraz edib, nəticədə tərəflər arasında münaqişə yaranıb və bu zaman onun vəziyyəti ağırlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.

Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

“Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunmuşdur.

"Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir”, – məlumatda deyilir.

Ana səhifəSiyasətNamizədin vəkili səssayma prosesi zamanı vəfat edib