Müxalifət partiyaları birləşəcəkmi? (VİDEO)

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəliloğlu:”Son dövrlər ölkədə baş verən həbslərin məqsədi müstəqil vətəndaş cəmiyyətinin sıradan çıxarılması ilə bağlıdır”.

“Bu günki repressiya hökumətlə əməkdaşlıq etməyən QHT-lərin həbsi ilə bağlıdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəliloğlu siyasi məhbuslarla bağlı keçirilən tədbirdə bildirib ki, son dövrlər ölkədə baş verən həbslərin məqsədi müstəqil vətəndaş cəmiyyətinin sıradan çıxarılması ilə bağlıdır. Klassik xalq cəbhəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə müxalif partiya nümayəndələri son vaxtlar ölkədə kütləvi həbslərin qarşısının alınması üçün birləşməli olduqlarını gündəmə gətiriblər.

Müsavat partiyasının sədri İsa Qəmbər belə həbslərin 1990-cı ildən başlanıldığını vurğulayaraq, bunun bundan sonra da davam edəcəyinə diqqət çəkdi. Tədbirdə partiya nümayəndələri arasında mübahisələr də gündəmə gəldi. Bunun səbəbi isə Milli Şuradan heç kimin orda iştirak etməməsi ilə bağlı oldu.

Tədbirdə siyasi məhbusların hüquqlarının qorunması ilə bağlı siyasi partiyalar və vətəndaş cəmiyyətləri ilə birgə müdafiə komitəsinin yaradılması təklif edilib. Lakin bir çox partiya üzvləri bunun effektiv nəticə verəcəyinə şübhə ilə yanaşdıqlarını bildirirblər.

Ana səhifəVideoMüxalifət partiyaları birləşəcəkmi? (VİDEO)