Müsəlmanların leksikonu

Adama elə gəlir ki, İslam alimləri təhqir, söyüşlə bağlı da müxtəlif gizli kitablar yazıblar…

Source:

«Qəhbə», «fahişə», «biqeyrət», «oğraş», «anası qəhbə», «arvadı qəhbə», «mürdar sionistin köpəyi», «yalançının var-yoxunu s..kim»…Bunlar ailə, ev, valideyn tərbiyəsi görməyən, uşaq yaşlarından küçələrdə sülənib, evə yığışmadığından pozğunlaşan, sırtıqlaşan, əxlaqsızlaşan gədələrin leksikonu deyil. Sadaladığım ifadələrin, təhqirlərin hamısını üzündən nur yağan,  gündə beş dəfə namaz qılan, ildə bir dəfə oruc tutan, dilindən allah kəlamı, peyğəmbərlərin, imamların adı, Quran ayələri, hədislər düşməyən, Qurani-Kərimi əlindən yerə qoymayan inanclı, müsəlman qardaşlarımızın leksikonudur. Bəli, onlar İslamın sevgi dini olduğunu deyə bilərlər. İslam peyğəmbərinin böyük ürəyindən, təmiz əxlaqından, dilini çirkin sözlərlə murdarlamamağından gözləri yaşara-yaşara danışıb, onu başqalarına nümunə gətirə bilərlər. Qadının namusunun toxunulmazlığı, böhtanın ən böyük günah olmağı barədə dil-dil ötə bilərlər.

Amma elə ki, bu təmiz, abırlı, dilindən allah kəlamı, peyğəmbər adı, Quran ayələri düşməyən müsəlmanların bir balaca xoşuna gəlməyən söz, fikir dedin, onların inanclarını sarsa biləcək nəsə danışdın, əsl üzləri, əsl leksikonları, əsl əxlaqları ortalığa çıxır. Məsələn, əgər sən qadınsansa, şəxsi həyatın, əxlaqın barədə heç nə bilmədikləri halda belə, səni asanlıqla «qəhbə», «fahişə» adlandıra bilərlər. Ən çirkin, ən murdar sözlərlə təhqir edə bilərlər. Bütün müqəddəslərə and oslun ki, mən inanclı, özünü əsl müsəlman adlandıran, namaz qılıb, oruc tutan insanların dilindən eşitdiyim təhqirləri, söyüşləri ən sırtıq, ən tərbiyəsiz, ən yiyəsiz küçə uşağından da eşitməmişəm.

Özlərinə «müsəlman» deyənlərin çoxunun leksikonuna fikir verəndə adama elə gəlir ki, İslam alimləri təhqir, söyüşlə bağlı da müxtəlif gizli kitablar yazıblar və dini tədris edən bütün məktəblərdə bu kitablar dərslik kimi istifadə olunur. Adama elə gəlir ki, başı əmmaməli, uzun əbalı, əli kitablı üləmalar o dini tədris müəssisələrində ayrıca təhqir və söyüş fənnləri keçir, gələcəyin bilgili müsəlmanlarına, ilahiyyatçılarına xüsusi leksikon öyrədirlər. Bu lieksikonda «qəhbə», «fahişə», «anası qəhbə», «bacısı qəhbə», «arvadı qəhbə», «s..kim sənin var-yoxunu» kimi ifadələr ən vacib kəlmələrdir ki, müzakirə, mübahisə zamanı bunlara hökmən əl atmaq, istifadə etmək lazımdır.

Şəxsən mən müsəlmanlarla heç vaxt mübahisəyə girişmirəm. Onsuz da onların xoşlarına gəlməyən bir sözü deyib, kənara durmaq kifayətdir ki, inanclı, dindar, İslam əxlaqını uca, təmiz, İslam dinini isə sevgi və sülh dini  elan edən qardaş və bacıların ağzından iyrənc, çirkin, üfunətli sözlər sel kimi axsın. Onlar barədə çox danışmaq, onları çox ifşa eləmək də lazım gəlmir. Öz leksikonları ilə özlərini o ki var, ifşa edir, əsl üzlərini o dəqiqə açıb göstərirlər. Onların təhqirlərə, çirkin, nalayiq söyüşlərlə həmsöhbətlərini, opponentlərini susdurmaq, qorxutmaq cəhdi isə başa düşüləndir.  Öz dininin, inancının, əqidəsinin gücünə, qüdrətinə, hər şeyə qadirliyinə, bütün ittihamlardan, imtahanlardan, tarixi keşməkeşlərdən üzüağ, qürurlu çıxa biləcəyənə inanmayanların söyüş söyməkdən, təhqir etməkdən, çamur atmaqdan başqa çıxış yolları yoxdur.

Təsəvvür edin. Dünyanın ən mükəmməl, ən təmiz, ən pak, ən sülhpərvər, ən bəşəri dininin İslam olduğuna iddialısan. Peyğəmbərin 124 min peyğəmbərin ən tolerantı, ən zəki və ən təmiz əxlaqlısı elan olunub. Özünü  peyğəmbərə, imamlara oxşatmaq üçün saqqal saxlayırsan. Dilindən allah kəlamı düşmür. Gündə beş dəfə namaz üstə müqəddəs sözləri təkrarlayırsan. Müqəddəslərin həyatından hədislər danışırsan.  Amma öz dinini, peyğəmbərini, kitabını qorumaq üçün müdafiə etmək, qorumaq üçün «qəhbə», «fahişə», «oğraş», «anası qəhbə», «sənin var-yoxunu s..kim», «qancıq uşaqları», «murdar köpəklər» kimi ifadələrlə əl atırsan.

Hər şey cəhənnəm, dilinə dünyanın ən pak əxlaqlı peyğəmbərinin adını gətirəndən sonra, o dilə bu sözləri necə gətirmək olar? Dünyanın ən təmiz, ən pak, ən sevgi, ən sülh dini sizə bunumu öyrədib?

«Qəhbə», «fahişə», «oğraş», «peysər», «sionistin qəhbəsi», «anası qəhbə», «murdar köpəklər», «s..kim sənin var-yoxunu»….

Və «İslam sevgi, sülh dinidir!»

Bu da müsəlmanların leksikonu…

Ana səhifəMənim FikrimcəMüsəlmanların leksikonu