“Müsəlman Birliyi” Hərəkatının 6 üzvü “Bandotdel”ə çağırılıb

Təşkilat üzvlərinin tez-tez bu idarəyə çağırılıb saxlanması, dindirilməsinə görə narahatlığını bəyan edib.

Foto: Müsəlman Birliyi Hərəkatı


Təşkilat baş verənləri üzvlərinə təzyiq kimi qiymətləndirilir

“Müsəlman Birliyi” Hərəkatının daha 6 üzvü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu təşkilat əhali arasında “Bandotdel” kimi tanınır və işgəncə halları işə məşhurdur.

Hərəkatın mətbuat xidməti həmin 6 nəfərin kimliyi açıqlanmayıb.

Təşkilat üzvlərinin tez-tez bu idarəyə çağırılıb saxlanması, dindirilməsinə görə narahatlığını bəyan edib.

“Müsəlman Birliyi” Hərəkatı baş verənləri təşkilata və üzvlərinə təzyiq hesab edir.

"Hüquq-mühafizə orqanları normal hüquqi fəaliyyətimizə maneələr törədirlər. Bu barədə ölkəmizdəki səfirliklərə, diplomatik korpusa, beynəlxalq təşkilatlara da müraciət olunacaq", – təşkilatdan bildirilib.

Təşkilat üzvlərinin polisə çağrılması barədə deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatı 2015-ci ilin yanvarında yaradılıb. Sədri Taleh Bağırzadə və bir çox üzvü həbsdədir, onlara uzunmüddətli cəzalar verilib.

Təşkilatın dövlət qeydiyyatından keçməsi üçün sənədlər bir neçə dəfə Ədliyyə Nazirliyinə təqdim olunsa da, qeydiyyatdan imtina edilib.

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və üzvlərindən bir neçəsi 2019-cu ilin martında əfv fərmanı ilə azadlığa buraxılıb. E.Qasımov da azadlığa buraxılandan sonra bir neçə dəfə polis idarəsinə, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Ana səhifəSiyasət“Müsəlman Birliyi” Hərəkatının 6 üzvü “Bandotdel”ə çağırılıb