Müsavatçını vəkilsiz mühakimə ediblər

Fərəc Kərimli haqqında 3 aylıq həbs qətimkan tədbir seçildi

Source:

Fərəc Kərimli haqqında 3 aylıq həbs qətimkan tədbir seçildi

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və facebook fəalı Fərəc Kərimli barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərar iyulun 24-də Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məlumatı “Turan İA”-a vəkil Nemət Kərimli verib.

Müsavatçını vəkilsiz mühakimə ediblər, vəkil məhkəmənin qərarı haqqında yalnız iyulun 25-də Baş Prokurorluqdan məlumat alıb.

Fərəc Kərimliyə qarşı Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.

Gənc 5 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

İstintaqı DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsi aparır. Vəkil Nemət Kərimli belə deyib.

“Turan”ın məlumatına görə, son vaxtlar bu idarə narkotik satışında ittiham edilən gənc bloqqerlərin cinayət təqibi üzrə “ixtisaslaşır”. İdarə artıq bloqqerlər Əbdül Əbilovun, Rəşad Ağaddinin (Ramazanov), Elsevər Mürsəllinin işlərini aparıb. Bloqqer Ömər Məmmədov da ilkin olaraq orada dindirilib.

İyulun 17-də Fərəcin qardaşı Sirac Kərimli də eyni ittihamla həbs edilib.

Ana səhifəXəbərlərMüsavatçını vəkilsiz mühakimə ediblər