Müsavat Partiyası gələn ay yeni başqanını seçəcək

2014-cü ildə qurultayda partiya nizamnaməsinə uyğun olaraq İ.Qəmbər partiya rəhbəri postuna namizədliyini irəli sürməyib. Arif Hacılı partiyanın yeni sədri seçilib.

Source: meydan tv


Partiya qurultayın vaxtını müəyyən etdi

Oktyabrın 12-də Müsavat Partiyasının növbəti qurultayı olacaq. Partiyanın başqan müavini Səxavət Soltanlı deyib ki, rayon konfranslarında qurultaya 400 nümayəndə seçiləcək. Forumun gündəliyinə digər məsələlərlə yanaşı partiya sədrinin seçkisi də daxildir.

Gələn həftə Müsavat Partiyasının Təşkilat Komitəsinin iclası olacaq. İclasda partiya rəhbəri postuna namizədlərin irəli sürülməsi müzakirə olunacaq.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.

2014-cü ildə qurultayda partiya nizamnaməsinə uyğun olaraq İ.Qəmbər partiya rəhbəri postuna namizədliyini irəli sürməyib. Arif Hacılı partiyanın yeni sədri seçilib.

Ana səhifəSiyasətMüsavat Partiyası gələn ay yeni başqanını seçəcək