Murad Ədilovun həbsindən apellyasiya şikayəti hazırlanır

“Təqsirləndirilən şəxslə görüşün alınmamasının məsuliyyəti istintaqı aparan idarənin üzərindədir”

Source:


“Təqsirləndirilən şəxslə görüşün alınmamasının məsuliyyəti istintaqı aparan idarənin üzərindədir”

Nərimanov Rayon Məhkəməsinin AXCP üzvü Murad Ədilov haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi qərarından apellyasiya şikayəti hazırlanır.

Məlumatı Meydan TV-yə təqsirləndirilən Murad Ədilovun vəkili Yalçın İmanov verib.

Vəkilin sözlərinə görə, Murad Ədilov haqqında həbs-qətimkan tədbirinin seçilməsinin heç bir əsası yoxdur: “Biz həmin qərarın apellyasiya qaydasında ləğv olunmasını tələb edirik”.

Murad Ədilova işgəncə verilib-verilməməsi barədə suala gəlincə, vəkil təəssüfləndi ki, indiyə qədər AXCP üzvüylə görüşə bilməyib: “Görüşün alınmamasının məsuliyyəti istintaqı aparan idarənin üzərindədir. Avqustun 12-də müqavilə bağlansa da, bugünə qədər nə mən Murad Ədilova təqdim olunmuşam, nə də onunla görüşə bilmişəm. Hər halda orderi poçtla istintaq orqanına göndərəcəm ki, yubanmadan görüş şəraiti yaradılsın və onun özünün ittihama münasibətini dinləyim”.

AXCP üzvünün qardaşı, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə bildirib ki, 2 gündür Ombudsman aparatının qaynar xəttinə məlumat verilsə də, onlar da Murada baş çəkmir: “Mənə deyirlər ki, hələ həbsxanalarda monitoriq aparırlar. Ora nə vaxt gedəcəklərini də dəqiq demirlər. Muradın sağlamlığı ilə bağlı ümidim ancaq onun dözümünə və işgəncə verən namərdlərin insafına bağlıdır”.

Ana səhifəXəbərlərMurad Ədilovun həbsindən apellyasiya şikayəti hazırlanır