Mülki polislər də sms icazəni yoxlayırlar

Bakı şəhər sakinlərindən bir neçə nəfər də bu gün Meydan TV-yə küçədə və digər ictimai yerlərdə xidməti formada olmayan şəxslərin onlara yaxınlaşaraq icazələrinin olub- olmamasını soruşduğunu bildiriblər.

Source: google.az


DİN: “Polis əməkdaşları mülki formada da xidmət göstərə bilərlər”

Daha SMS icazənin olub-olmamasını mülki polislər də yoxlaya biləcəklər.

Çünki Daxili İşlər Nazirliyi (DİN) ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanılması işinə mülki polisləri də cəlb edib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan" İnformasiya Agentliyinə deyib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti, mülki geyimdə fəaliyyət göstərə bilərlər:

“Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. İnzibati xətanı aşkar edən mülkigeyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir. Əsasən tibbi maskadan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstəliyinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejiminin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür”.

Bakı şəhər sakinlərindən bir neçə nəfər də bu gün Meydan TV-yə küçədə və digər ictimai yerlərdə xidməti formada olmayan şəxslərin onlara yaxınlaşaraq icazələrinin olub- olmamasını soruşduğunu bildiriblər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyədək ümumilikdə 202 min 88 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 2 min 210 nəfərin vəfat etdiyi açıqlanıb.

Ölkədə martın 24-dən karantindir. Dekabrın 14-dən yanvarın 18-nə kimi isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Zəruri hallarla bağlı yaşayış yerini tərk edən insanlar (işsiz və ya fəaliyyətinə icazə verilməyən sahələrdə çalışanlar) SMS-lə müvafiq qurumdan icazə almalıdırlar.

Ana səhifəSosialMülki polislər də sms icazəni yoxlayırlar