Kompozisiya Ukraynadakı hərbi əməliyyatlardan bəhs edir
Rusiyanın rok müğənnisi Zemfira “Мясо” (The Meat) adlı yeni mahnısını təqdim edib.
Kompozisiya Ukraynadakı hərbi əməliyyatlardan bəhs edir.
Mahnıda “Təqvimdə bahar var, amma əslində səngərlər və yüksək dəqiqlikli uzaqmənzilli raketlər var. Mariupolda gecə yarısı…“, – cümlələri var.
Klip Renata Litvinova tərəfindən yaradılmış hərbi mövzulu rəsmlərdən ibarətdir.
Videonun montaj işi və rejissorluğu da Litvinovaya aiddir.
Fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başladığı gün Zemfira sosial şəbəkə “Müharibəyə yox!” deyib.
Həmin gün o, Moskvada verdiyi konsertdə “Не стреляйте” mahnısını oxuyub.
Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.
Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.