“Mühacirlər” filminin təqdimatı keçirildi (VİDEO)

Avqustun 13-də Azərbaycandakı repressiv siyasətin təqiblərindən yaxa qurtarmaq üçün ölkədən gedən mühacirlərin həyatından bəhs edən silsilə “Mühacirlər” filminin təqdimat mərasimi keçirildi. Təqdimatda jurnalistlər, siyasətçilər və media nümayəndələri iştirak edirdi.

Təqdimatdan sonra iştirakçılar film haqqında öz fikirlərini bölüşdülər. Həbs olunan İntiqam Əliyevin oğlu Nəcmin Kamal deyib ki, mühacirətdə olan, getməyə məcbur qalan insanla həbs olunanlar arasında elə də böyük fərq yoxdur. Hər biri cəmiyyətə verəcəkləri xeyirdən məhrum olanlardır. Jurnalist Şahvələd Çobanoğlu mühacirlərin gerçəktən ağır həyat yaşadığını deyib.

Filmin müəllifi Laçın Məmişov heç kimi reklam etməyəcəyini və həqiqətən mühacir həyatı yaşayanları filmdə çəkəcəyini qeyd edib.

Mühacirlər filmi yaxın zamanda tamaşaçılara təqdim ediləcək.

Ana səhifəVideo“Mühacirlər” filminin təqdimatı keçirildi (VİDEO)