Prezident yeni fərman imzalayıb
Azərbaycanda müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək.
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə), təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) maaşların aylıq əlavələr olunacaq.
Nazirlər Kabinetinə əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək, həmçinin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.