Müdafiə Nazirliyi təkzib edir

Azərbaycan Silahlı Qüvvələrində Şahbaz Quliyev xidmət etmir

Source:

Azərbaycan Silahlı Qüvvələrində Şahbaz Quliyev xidmət etmir

Azərbaycan Müdafiə Nazirliyi milli ordunun kəşfiyyatçısı Şahbaz Cəlal oğlu Quliyevin guya ermənilər tərəfindən  saxlanması barədə Ermənistan KİV-in yaydığı məlumatı təkzib edib.

Erməni KİV-in məlumatına görə, həmin şəxs işğalda olan Kəlbəcər rayonu ərazisində təxribat törətməyə cəhd edərkən saxlanılıb.

Lakin Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan Silahlı Qüvvələrində belə ad və soyadda şəxs xidmət etmir (Turan İA).

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi təkzib edir