23.46.
Ermənistan xəbər agentlikləri Azərbaycan əsgərinin həlak olması haqda xəbəri
yalanlayıblar
.
***
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır”
Azərbaycanın hərbi qulluqçusu əsgər Əfqan Həmzəyevin snayper atəşi nəticəsində həlak olduğu bildirilir.
Hadisə oktyabrın 14-də baş verib.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi
yayıb
.
Nazirlik bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib:
"Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev şəhid olub".
2002-ci il təvəllüdlü Əfqan Həmzəyev Goranboy rayonunun Borsunlu kəndindəndir.
Müdafiə Nazirliyi terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərdiyini qeyd edib:
"Minskdə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir".
Ermənistan mediası hadisə ilə bağlı məlumat yaymayıb.