Mübariz Qurbanlıdan sərt açıqlama

“Azərbaycanda radikal dini cərəyanların iqtisadi əsaslarını dağıdacağıq”

Source:


“Azərbaycanda radikal dini cərəyanların iqtisadi əsaslarını dağıdacağıq”

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəyanatı oktyabrın 23-də Qafqaz Müsəlmaları İdarəsindəki (QMİ) toplantıda səsləndirib.

Bu iqtisadi təməllərin harada cəmləşməsi barədə hüquq-mühafizə orqanlarının işi tamamlamaqda olduğu deyilib. Amma komitə sədri radikal cərəyanlara yardımçı olan biznes qurumlarının adlarını açıqlamayıb.

“Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcək, iqtisadi bazalarını məhv edəcəyik. Radikal cərəyanların ideoloji bazası ilə mübarizə isə birbaşa din xadimlərinin işidir”, -deyə komitə sədri radikal cərəyanlara qarşı mübarizədə kimin yerinin harada olduğunu göstərib.

Ana səhifəXəbərlərMübariz Qurbanlıdan sərt açıqlama