Müəllimini odlu silahla vuran şagird barəsində 4 aylıq həbs qərarı verilib

“İdrak” liseyi saytı

“İdrak” liseyində müəllimin odlu silahla yaralanması ilə bağlı saxlanılan şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanının təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılıb.

Hadisə fevralın 6-da Binəqədi rayonunda yerləşən liseyin ərazisində baş verib. Rəsmi məlumata görə, şagird tərəfindən məktəbdə odlu silahdan atəş açılması nəticəsində riyaziyyat müəllimi Şəhla Kərimova xəsarət alıb.

Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir ki, baş vermiş hadisə ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub və şübhəli şəxs qısa müddətdə saxlanılıb.

Fakt üzrə Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəXəbərlərMüəllimini odlu silahla vuran şagird barəsində 4 aylıq həbs qərarı verilib