MSK sədri: Paşinyanın partiyası 53,92 faiz səs toplayıb

O, bülletenlərin 95.8 faizinin sayıldığını əlavə edib.

Source: Specify Source


Tiqran Mukuçyan: "Nəticə Nikol Paşinyanın təkbaşına hökuməti formalaşdırmağa imkan yaradır"

"Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın lideri olduğu "Vətəndaş Müqaviləsi" Partiyası 20 iyun parlament seçkilərində 53,92 faiz səs toplayıb. Mövcud nəticə Nikol Paşinyanın təkbaşına hökuməti formalaşdırmağa imkan yaradır".

Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama

verib

.

O, bülletenlərin 95.8 faizinin sayıldığını əlavə edib.

MSK sədri sabiq prezidentlər Ter-Petrosyanın "Erməni Milli Konqresi"nin 1.54, Robert Köçəryanın "Ermənistan" blokunun 21.04, Serj Sarkisyanın "Şərəfim var" blokunun isə 5.23 faiz səs topladıqlarını

söyləyib

.

Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə seçicilərin 49 faizi səsvermədə iştirak edib: "4 682 bülleten etibarsız elan olunub".

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkilərdə 25 siyasi qüvvə-21 partiya, 4 blok iştirak edib.

2 milyon 578 min seçicidən 1 milyon 281 min 174 adam (49.4 faiz) səsverməyə qatılıb.

Ana səhifəDünyaMSK sədri: Paşinyanın partiyası 53,92 faiz səs toplayıb