MSK Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verdi

Eyni zamanda, Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


“Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib”

Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxıb.

Bu barədə MSK-dan Meydan TV-yə daxil olan məlumatda qeyd olunub.

Bildirilib ki,

Rafael Cəbrayılov

mandatından imtina etməklə bağlı parlamentə müraciət edib:

“Eyni zamanda, Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib”.

R.Cəbrayılovun deputat vəsiqəsini girov qoyub pul götürməsi məsələsi ictimaiyyətdə rezonans doğurub, bir neçə gün mətbuatın və sosial şəbəkələrin gündəmi olub. Məlum olub ki, o, ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib. Məlumata görə, ona borc verən Təranə Rasim qızı Fətəliyeva ilə deputat ailəvi yaxın münasibətlərdə olub.

deputat.jpg
Rafael Cəbrayılov

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məsələ ictimailəşəndən sonra R.Cəbrayılov mandatdan imtina edib.

Ana səhifəSiyasətMSK Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verdi