MSK Qarabağda 26 seçki məntəqəsinin yaradılmasını planlaşdırır

Azərbaycanda seçki. Foto: Andy.LIU/shutterstock

Naxçıvan və Sumqayıtda da yeni məntəqələr yaradılıb

Dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Komissiyannın sədri Məzahir Pənahov Xankəndidə, Xocalıda, Əsgəranda və Ağdərədə yeni seçki məntəqələrinin yaradılacağını bildirib.

MSK sədrinin müavini Rövzət Qasımov isə işğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsinin yaradılacağını deyib:

“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır. Digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var. Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb”.

ЦИК Азербайджана
Foto: Meydan TV

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri də yaradılıb.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıb.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

Ana səhifəSiyasətMSK Qarabağda 26 seçki məntəqəsinin yaradılmasını planlaşdırır