Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android telefonlar üçün tətbiqetmələr düzəldib. Bu gün tətbiqetmələri mobil telefonuna yükləyən istifadəçilər sabah olacaq seçkilərin nəticələri ilə qarşılaşıblar. Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin 7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub. Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən “Bu bölmə seçki günü aktiv olacaq” yazılıb. Böyük ehtimalla tətbiqetməni hazırlayanlar həmin bölməni “bağlı” etməyi unudublar.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 8 Oktyabr 2013 20:43
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-msk-dan-mobil-secki-saxtakarligi.html
Ana səhifə ▸ Xəbərlər ▸