MSK dörd dairənin nəticələrini ləğv etdi (yenilənir)

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Source: Meydan TV


18.02

.

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar daha 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.


Qərara əsasən, 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.

***

17.34.

Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb. MSK üzvü İlkin Şahbazov bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib. O, ümumilikdə pozuntu olan məntqələrin sayının 40 olduğunu söyləyib.


MSK 33 saylı Xətai I seçki dairəsinin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqda qərar qəbul edilib. Bununla da nəticələr ləğv olunub.


Qalib 15 ildir bu dairədən deputat olan Hüseynbala Mirələmov elan olunmuşdu

.

***


17.21.


Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.


MSK üzvü Qabil Orucov bildirib ki, bir çox materiallara baxarkən müşahidəçilərin iştirakı ilə protokolların tərtib edilmədiyi müəyyən edilib:


“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib, qanunvericiliyin tələbləri pozulub. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayılan məntqələrinin sayı 27-dir".


MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqda qərar qəbul edib.


Bu dairədən 25 ildir mandat alan Hadı Rəcəbli qalib elan olunmuşdu.

***


17.16.


MSK-nin iclasında 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.


Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.


R.İbrahimov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib:


“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.


MSK 35 saylı Xətai III seçki dairənin 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini etibarsız hesab edilməsi haqda qərar qəbul edib.


35 saylı Xətai üçüncü seçki dairəsindən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qalib elan edilmişdi.


***


Qurumun iclası davam edir

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 13-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxıb.

Məlumatı “Report” yayıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupunun qərarına görə, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən qalib namizəd Çingiz Qənizadə elan edilmişdi. Çingiz Qənizadə 2015-ci ildə də bu dairədən deputat mandatı almışdı. Ancaq növbədənkənar parlament seçkisinin təbliğat-təşviqat kampaniyası zamanı yerli əhali onu etirazla qarşılamışdı.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Əslində Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətMSK dörd dairənin nəticələrini ləğv etdi (yenilənir)