Moskvada terror aktı nəticəsində ölənlərin sayı artıb

“Crocus City Hall”. Foto: Reuters

İstintaq Komitəsi həlak olanların 139 nəfərə çatdığını deyir

Martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 139 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin terror aktından sonra görülmüş tədbirlərə dair iclasda məlumat verib.

Hücum nəticəsində 139 nəfər ölüb, onlardan 75-nin şəxsiyyəti bu gün məlum olub, ölənlər arasında 3 uşaq da var. Ümumi saydan 137-si terror aktı nəticəsində hadisə yerində, ikisi tibb müəssisələrində dünyasını dəyişib”, – deyə Bastrıkin bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində 182 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A.Bastrıkin bildirib ki, istintaq terror aktının xronologiyasını bərpa edib:

Müstəntiqlərin məlumatına görə, terrorçular martın 22-də saat 19:58-də “Crocus City Hall” konsert zalının binasının yaxınlığında insanlara atəş açıb, daha sonra binaya daxil olaraq, atəşi davam etdirib, yanğın törədiblər. Terror aktından sonra hücum edənlər binanın dayanacağında iki uşaqlı ailəni də vurublar”.

O, həbs olunan 4 nəfərin hamısının təqsirli olduqlarını etiraf etdiklərini deyib:

Həmçinin sifarişçilər və onun hazırlanmasında köməklik edənlər barədə ətraflı ifadələr veriblər”.

A.Bastrıkin zalın yanğınsöndürmə sisteminin təhlükəsizlik tələblərinə uyğunluğunu yoxladıqlarını qeyd edib.

Öz növbəsində, Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, terror aktından sonrakı bütün dövr ərzində 145 nəfər xəstəxanalara çatdırılıb:

“Artıq 52 zərərçəkmiş xəstəxanalardan buraxılıb, daha 93 nəfər, o cümlədən 5 uşaq xəstəxanada müalicə alır. Biri uşaq olmaqla 9 qurbanın vəziyyəti ağır qiymətləndirilir”.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib.

İstintaq Komitəsi terror aktı ilə bağlı Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror) ilə cinayət işi açıb.

Martın 25-də Moskvanın Basmannıy Rayon Məhkəməsi terror aktını törətməkdə şübhəli bilinən Dalercon Mirzəyev, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni haqda 2 ay həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarıb.

Ana səhifəSiyasətMoskvada terror aktı nəticəsində ölənlərin sayı artıb