Moskvada restoran sahibinin avtomobilinə qoyulmuş bomba partlayıb

Moskva, Baturina Yuliya/shutterstock

Altı yaşlı uşaq da daxil olmaqla 3 nəfər yaralanıb

Oktyabrın 15-də səhər saatlarında Moskvanın cənub-qərbində partlayış baş verib.

Bu barədə Rusiya İstintaq Komitəsinin şəhər idarəsi məlumat yayıb.

Moskva prokurorluğu partlayışın Profsoyuznaya küçəsində baş verdiyini bildirib.

İstintaqın məlumatına görə, partlayış nəticəsində avtomobilə ziyan dəyib, biri 6 yaşlı uşaq olmaqla üç nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Partlayış baş verən “Tank” markalı avtomobilin 44 yaşlı iş adamı Viktor Mişaçevə məxsus olduğu deyilir.

İddia olunur ki, partlayış iş adamının peşəkar fəaliyyəti ilə əlaqədardır.

İstintaq Komitəsi iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Sentyabrın 18-də Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisinin yaxınlığında atışma olmuşdu.

Hadisə nəticəsində ölən və yaralananlar vardı.

Ana səhifəDünyaMoskvada restoran sahibinin avtomobilinə qoyulmuş bomba partlayıb