Moskva teatrına 170 milyon ziyan vuran azərbaycanlıya 8 il həbs

“Lenkom” teatrı. Foto: https://yandex.ru/

Fərid Haqverdiyev bu ölkədə diasporanın rəhbərliyində təmsil olunub

Moskva şəhər Xamovniki Rayon Məhkəməsi azərbaycanlı iş adamı Fərid Haqverdiyev barəsində həbs qərarı çıxarıb.

Məlumata görə, o, 8 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib. Buna səbəb isə haqqında cinayət işi qaldırıldıqdan sonra onun Moskvanı tərk etməsidir.

Fərid Haqverdiyev Moskvadakı “Yunost” otelinin sahibidi. 3 ulduzlu bu otel şəhərin mərkəzində yerləşir. Amma Haqverdiyevin adı “Lenkom” teatrının əmlakını külli miqdarda mənimsəməkdə hallanırdı.

Məhkəmə istintaqı sübut edib ki, Fərid Haqverdiyev saxta müqavilələr hazırlayaraq “Lenkom” teatrına məxsus olan külli miqdarda səhmləri ələ keçirib. Nəticədə 170 milyon rubl vəsaiti mənimsəyib.

Fərid Haqverdiyev. Foto: https://yandex.ru/

Haqverdiyev Moskvadan gələndən sonra bir müddət Bakıda gizlənsə də, sonradan Azərbaycanı da tərk edib.

O, 2015-ci ildə Avstriyaya gedərək orada məskunlaşıb. Onun Avstriyanın Heiligenbult vilayətində yerləşən “Hotel Rupertihaus”u alaraq bizneslə məşğuldur.

Haqverdiyev uzun müddət Azərbaycanın Rusiyadakı ən böyük diaspora təşkilatının – Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərliyində olub. O, ÜAK-ın Rəyasət heyətinin üzvü idi və onu tez-tez səfirliyin keçirdiyi tədbirlərdə görmək olardı.

Ana səhifəDünyaMoskva teatrına 170 milyon ziyan vuran azərbaycanlıya 8 il həbs