Moskva məhkəməsi Boris Akunin barədə həbs qərarı çıxarıb

Boris Akunin. Foto: Wiki

Yazıçı ordu haqqında “saxta xəbərlər” yaymaqda ittiham olunur

Moskvanın Basmannı rayon məhkəməsi yazıçı Boris Akunini (Qriqori Çxartişvili) qiyabi həbs edib.

Akunin Rusiyadan kənarda yaşayır.

Moskva məhkəmələrinin mətbuat xidməti bildirib ki, Akuninin həbs müddəti onun faktiki saxlandığı və ya Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanacaq.

Boris Akunin ordu haqqında “saxta xəbərlər” yaymaqda və açıq şəkildə terrora haqq qazandırmaqda ittiham olunur.

O, beynəlxalq axtarışdadır.

Boris Akunin məhkəmə qərarını: “Qiyabi deyil, real olaraq həbs olunanlar haqqında, həyatlarını bu axmaq, şər maşını tərəfindən məhv edilən rus siyasi məhbuslarını unutmayın”, – deyə o bildirib.

Boris Akunin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə açıq şəkildə qarşı çıxıb.

2023-cü ilin dekabrında ona qarşı cinayət işi açılıb.

İş çərçivəsində müstəntiqlər yazıçının kitablarını nəşr edən Moskva “Zaxarova” nəşriyyatında axtarış aparıblar.

Maliyyə Monitorinqi üzrə Federal Xidmət yazıçını terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Yanvarda Rusiya Ədliyyə Nazirliyi Akunini “xarici agent” elan edib.

Təqiblər fonunda Rusiyanın ən böyük nəşriyyatı “AST” Akuninin kitablarının nəşrini dayandırıb.

Həmçinin Rusiyanın böyük kitab mağazaları yazıçının əsərlərinin satışını ləğv edib.

Ana səhifəMədəniyyətMoskva məhkəməsi Boris Akunin barədə həbs qərarı çıxarıb