Şahnazarov ordunun bu silahlara ehtiyacı olduğunu deyib
Rusiyanın “Mosfilm” (“Мосфильм”) kinokonserni hərbi-texniki bazasından rus ordusuna 36 tank verib.
Bu barədə “Mosfilm” kinostudiyasının baş direktoru Karen Şahnazarov Prezident Vladimir Putinlə görüşü zamanı deyib.
“2023-cü ildə hərbi-texniki bazada saxladığımız 28 ədəd T-55 tankı, 8 ədəd PT-76 tankı, 6 piyada döyüş maşını və 8 traktoru Silahlı Qüvvələrə təhvil verdik. Ehtiyac olduğunu bildim, Müdafiə Nazirliyi ilə əlaqə saxladım, bu maşınları götürdülər”, – Karen Şahnazarov bildirib.
“Mosfilm”in rəsmi saytında bildirilir ki, konsernin 190-dan çox zirehli texnikası və özüyeriyən silahları var.
Xarici istehsal da daxil olmaqla 100 ədəd nəqliyyat vasitələri, motosikletlər, hərbi silahlar var.
Hamısı rekvizitdir və yaxşı vəziyyətdədir.
Mosfilmin hərbi texnika ilə çəkilişlər üçün öz meydançaları da mövcuddur.
T-55 orta səviyyəli tankdır, onların istehsalı 1958-ci ildə başlayıb, maşınlar hələ də döyüşlərdə istifadə olunur.
PT-76 1951-ci ildə Sovet Ordusu tərəfindən qəbul edilmiş amfibiya (üzən) tankıdır.